Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
Bakı, 9 sentyabr, AZƏRTAC
2025/2026-cı tədris ilində Azərbaycan Universitetini 22 tələbə fərqlənmə diplomu ilə bitirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, fərqlənmə diplomu ilə bitirən tələbələrdən 3 nəfəri bakalavriat, 19 nəfəri isə magistratura səviyyəsi üzrə təhsil alıb.
Bakalavriat üzrə fərqlənmə diplomu alan məzunlar arasında beynəlxalq ticarət və logistika, politologiya, filologiya (ingilis dili və ədəbiyyatı) ixtisaslarının tələbələri yer alır. Magistratura səviyyəsində isə Azərbaycanın qədim və orta əsrlər tarixi, Azərbaycanın yeni və ən yeni tarixi, həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, gənclərlə iş, kompüter mühəndisliyi, vergi və vergiqoyma, MBA (Menecment üzrə) kimi ixtisaslaşma və istiqamətlər üzrə məzunlar fərqlənmə diplomuna layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:30]
Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib
- 03.11.2026 [17:25]
Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub
- 03.11.2026 [17:02]
Qəlbindəki nur ilə seçilən azərbaycanlı
- 03.11.2026 [16:58]
Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq
- 03.11.2026 [16:49]