Abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və təsdiq etdirməlidirlər
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri Sənəd Qəbulu komissiyalarına (SQK) təqdim edib ərizələrini təsdiq etdirməlidirlər.
Qeyd olunmuşdur ki, TQDK abituriyentlərin müvafiq qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 15-də respublikanın 25 şəhər və rayonunda növbəti sınaq imtahanı keçirəcəkdir. Bu imtahanda 32 mindən artıq abituriyentin iştirakı gözlənilir.
Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə - mayın 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız Bakıda keçiriləcəkdir. Mayın 22-də keçiriləcək imtahanda iştirak üçün abituriyentlər ərizələrini mayın 16-dan gec olmayaraq müvafiq SQK-da təsdiq etdirməlidirlər.
TQDK-nın sədri Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyatın aparıldığını da diqqətə çatdırmışdır.
Sonra M.Abbaszadə jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]