ABŞ 2012-ci ildə hərbi ehtiyaclara 690 milyard dollar ayıracaqdır
Bakı, 13 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2012-ci ildə hərbi ehtiyaclara 690 milyard dollar ayrılması barədə qanun layihəsini bəyənmişdir.
Bu vəsaitin xeyli hissəsi (119 milyard dolları) İraqda və Əfqanıstanda əməliyyatların maliyyələşdirilməsinə yönəldiləcək, qalan 553 milyard dolları Müdafiə Nazirliyinin büdcəsinə veriləcəkdir.
Konqresmenlərin əksəriyyəti bu qanun layihəsini dəstəkləmişdir. Sonra layihə səsvermə üçün senata göndəriləcək, oradan isə təsdiq etməsi üçün Ağ evin başçısı Barak Obamaya veriləcəkdir.
Xatırladaq ki, Pentaqon aprelin ortalarında bəyan etmişdi ki, B.Obamanın hərbi xərcləri 400 milyard dollar azaltmaq niyyəti yaxın 12 ildə ABŞ-ın müdafiə qüdrətini və ölkənin öz sərhədlərini qorumaq imkanlarını azaltmadan mümkün deyildir.
Müdafiə Nazirliyinin mətbuat katibi Cef Morrell Pentaqonun başçısı Robert Geytsə istinadla bildirmişdir ki, büdcənin ixtisar edilməsi “riyaziyyat çalışmaları” deyildir. Belə qərarlar düşünülmüş şəkildə qəbul edilməlidir və ölkənin təhlükəsizliyinə təsir göstərməməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]