ABŞ BAKI-TBİLİSİ-ƏRZURUM LAYİHƏSİNİN UĞURLA HƏYATA KEÇİRİLƏCƏYİNƏ ƏMİNDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 7-də ABŞ-ın Gürcüstandakı səfiri Riçard Mayls Gürcüstanla Rusiyanın “Qazprom” şirkəti arasında imzalanmış saziş barədə öz fikrini açıqlamışdır. O bildirmişdir ki, bu saziş Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Qərb bazarlarına nəql olunmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan layihəsinə heç bir təsir göstərməyəcəkdir. Mayls demişdir: “ABŞ bu layihənin uğurlu olacağına əmindir”.
Xatırladaq ki, bu ilin iyul ayında Gürcüstanın yanacaq energetika naziri David Mirtsxulava 25 illik dövr üçün strateji əməkdaşlıq haqqında “Qazprom”la saziş imzalamış və bu, Gürcüstanın siyasi dairələrində etirazla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]