İDMAN
ABŞ basketbol millisinin sabiq baş məşqçisi insult keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "San-Antonio Spörs" klubunun baş məşqçisi Qreqq Popoviçin səhhətində problem yaranıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssis insult keçirib. Onun hazırkı durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Qreqq Popoviç 2002-2004-cü və 2017-2021-ci illərdə ABŞ millisinin baş məşqçisi olub.