ABŞ bazar günü yay vaxtına keçəcək
Bakı, 10 mart, AZƏRTAC
ABŞ-da bu bazar günü yay vaxtına keçiləcək.
AZƏRTAC xəbər verir ki, bir neçə ştat istisna olmaqla, martın 11-də yerli vaxtla 02:00-da ölkə ərazisində saatlar bir saat irəli çəkiləcək.
Avropada isə yay vaxtına keçid martın 25-dən 26-na keçən gecə baş tutacaq.
Mövsümi vaxt hazırda dünyanın 100-dən çox ölkəsində tətbiq olunur. Bu proseduradan sonuncu dəfə Türkiyə imtina edib.
Postsovet ölkələri arasında Ukrayna, Latviya, Litva, Estoniya və Moldova mövsümi saat keçidlərindən istifadə edirlər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Rusiya, Belarus, Ermənistan, həmçinin Yaponiya, Hindistan, Çin və bir sıra digər ölkələr saatın əqrəblərini irəli-geri çəkməkdən imtina edib və qış vaxtı ilə yaşayır.
Xatırladaq ki, ölkəmizdə yay vaxtına keçid Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli qərarı ilə ləğv olunub.
Bəzi mütəxəssislərin fikrincə, yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]