Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
Bakı, 11 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) liderləri iyunun 18-19-da keçiriləcək sammitdə Rusiyaya təzyiqin artırılmasını və Ukraynaya dəstəyi, eləcə də Aİ-nin iqtisadiyyatı və rəqabət qabiliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ liderlərini sammitə dəvət edən açıq məktubunda bildirib. Onun sözlərinə görə, sammit Ukrayna Prezidenti Volodimir Zelenskinin videomüraciəti ilə başlayacaq. Liderlər “ikitərəfli yanaşma - Rusiyaya təzyiqin artırılması və Ukraynaya hərbi dəstək" mövzusunun müzakirəsini davam etdirəcəklər. Bundan sonra Aİ-nin “iqtisadiyyatı və rəqabət qabiliyyəti" ilə bağlı məsələlər nəzərdən keçiriləcək.
Avropada narkomaniya və narkotiklə əlaqəli cinayətkarlıq problemi sammitdə ilk dəfə olaraq ayrıca müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]