Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir- ŞƏRH

Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin aparıcı qüvvələrindən biri kimi çıxış edir-  ŞƏRH

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi minilliklərə söykənir. Hər iki xalq oğuz-türk köklərinə malikdir və əsrlər boyu eyni sivilizasiya məkanında yaşayıblar. Dil, mədəniyyət, folklor, adət-ənənələr və dini dəyərlər baxımından mövcud olan yaxınlıq sonrakı dövrlərdə siyasi münasibətlərin inkişafı üçün mühüm zəmin yaradıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin müasir fəlsəfəsinin müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Onun səsləndirdiyi “Bir millət, iki dövlət” ifadəsi iki dövlət arasındakı münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu konsepsiya iki dövlət arasındakı münasibətlərin ideoloji, siyasi və hüquqi əsaslarını müəyyən edərək, onların beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etmələrini təmin etdi. Ümummilli Lider Heydər Əliyev Türkiyəni Azərbaycanın strateji tərəfdaşı kimi qiymətləndirir və hesab edirdi ki, hər iki dövlət bir-birinin milli maraqlarını müdafiə etməlidir. Onun hakimiyyəti dövründə Bakı-Ankara münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. 1993-cü ildən sonra Azərbaycan-Türkiyə münasibətlərində sürətli inkişaf müşahidə olunmağa başladı. İki ölkə siyasi, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə geniş əməkdaşlıq qurdu.

“Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması sahəsində qardaş dövlət Türkiyə mühüm rol oynadı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri yalnız iqtisadi layihə deyil, həm də geosiyasi layihə kimi qiymətləndirilir. Sonrakı dövrlərdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP layihəsi, Cənub Qaz Dəhlizi Azərbaycan və Türkiyənin regional və qlobal enerji təhlükəsizliyində rolunu daha da artırdı”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan Ordusunun müasir standartlara uyğun formalaşdırılmasında Türkiyənin dəstəyi əvəzolunmazdır. Minlərlə azərbaycanlı zabit Türkiyənin hərbi təhsil müəssisələrində oxudu. Birgə hərbi təlimlər, döyüş hazırlığını artırılması, NATO standartlarına keçid, komanda idarəetmə sistemlərinin təkmilləşdirilməsi hərbi əməkdaşlığın əsasını təşkil edirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin gücünün bütün dünyaya nümayişi oldu. Müharibənin ilk günündən Türkiyə Azərbaycanın haqq işini dəstəklədiyini bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduqlarını açıq şəkildə bildirdi.

Bu həmrəylik Azərbaycanın siyasi mövqeyini daha da gücləndirdi və regionda yeni reallıqların formalaşmasına təsir göstərdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin taleyini həll edən əsas hadisə oldu. Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan tarixi Zəfər qazandı.

“2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəltdi. Şuşa Bəyannaməsi mahiyyət etibarilə XXI əsrdə Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsidir. Bəyannamə beynəlxalq hüquq baxımından mühüm əhəmiyyətə malik siyasi sənəddir. Birincisi, tərəflərdən birinin təhlükəsizliyinə təhdid yaranacağı halda qarşılıqlı məsləhətləşmələr və əməkdaşlıq mexanizmləri müəyyən edilib. İkincisi, müdafiə və təhlükəsizlik sahəsində institusional əməkdaşlıq hüquqi əsas qazanıb. Üçüncüsü, regional sabitliyin təmin olunması üçün yeni əməkdaşlıq mexanizmi formalaşıb. Dördüncüsü, sənəd beynəlxalq hüququn fundamental sütunu olan dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır”, - deyə Y.Hacızadə bildirib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə bu gün Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayırlar. Türk Dövlətləri Təşkilatının inkişafı, Orta Dəhliz layihəsinin reallaşdırılması və regional nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi məhz Bakı-Ankara əməkdaşlığının nəticəsidir. Azərbaycanın coğrafi mövqeyi ilə Türkiyənin Avropa və Yaxın Şərq arasında körpü rolu birlikdə Avrasiyanın yeni geosiyasi xəritəsinin formalaşmasına təsir göstərir.

“Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” konsepsiyası bu münasibətlərin ideoloji təməlini təşkil edirsə, sonrakı dövrdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində bu konsepsiya real siyasi və hüquqi məzmun qazandı. Bu gün Azərbaycan və Türkiyə regionun təhlükəsizliyinin, iqtisadi inkişafının və Türk dünyasının inteqrasiyasının əsas aparıcı qüvvələrindən biri kimi çıxış edir”, - deyə politoloq əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb  YENİLƏNƏCƏK  VİDEO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK VİDEO

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib