DÜNYA
ABŞ-da avtoşou zamanı baş verən atışmada 20 nəfər yaralanıb
Bakı, 20 mart, AZƏRTAC
ABŞ-ın Dumas şəhərində (Arkanzas ştatı) avtomobil şousu zamanı baş verən atışma nəticəsində 20 nəfər yaralanıb. Polis faktı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə KATV telekanalı yerli hakimiyyət orqanlarının və polisin nümayəndələrinə istinadla məlumat yayıb. Dumas şəhər polisinin rəisi Kit Finç bildirib ki, xəsarət alanlar arasında uşaqlar da var, bir nəfər həlak olub.
Hüquq mühafizə orqanları hazırda təhqiqat aparırlar, atəş açanların bir neçə nəfər olduğu istisna edilmir. Hadisə ilə bağlı hələlik bir nəfərin saxlandığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]
Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb
- 20.05.2024 [16:30]
İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
- 20.05.2024 [16:17]
Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur
- 20.05.2024 [16:10]