Azərbaycan və Tacikistan şirkətləri arasında 8 əməkdaşlıq sazişi imzalanıb
Bakı, 20 may, AZƏRTAC
Bu gün Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, “Talko” ASC ilə “Azəralüminium” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Tacikistan hökuməti yanında İxrac Agentliyi olan “Tajaqropromeksport” Dövlət Unitar Müəssisəsi və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC arasında qarşılıqlı ticarət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bununla yanaşı, “Lesinvest” MMC (Tacikistan) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC arasında pambıq yağının satışı və tekstil istehsalında təcrübə mübadiləsi sahəsində, “Vodii Zarrin Aqrar Alyansı” MMC (Tacikistan) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC arasında pambıqçılıq, xam pambıq emalı və tekstil istehsalı sahəsində, “Marmari” MMC (Tacikistan) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC arasında pambıqçılıq, o cümlədən pambıq toxumlarının emalı sahəsində, “Sir-Daryo” MMC (Tacikistan) ilə ““Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC arasında ixrac-idxal əməliyyatları sahəsində, “Bolluq” (Tacikistan) və “Qanç 2000” (Azərbaycan) şirkətləri arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında, Tacikistanın “OBI - FAYZOBOD” şirkəti ilə Azərbaycanın “Universal Trade” şirkəti arasında konsiqnasiya müqaviləsi imzalanıb.