İQTİSADİYYAT
AZPROMO: Azərbaycan və Tacikistanın iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir
Bakı, 20 may, AZƏRTAC
Tacikistan ilə qida məhsullarının idxal və ixracını artırmaqla ticarət dövriyyəsinin də yüksəlməsinə maraq göstəririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.
O bildirib ki, Tacikistanın qida məhsullarının idxalı 950 milyon dollar civarındadır.
“İki dövlət arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır ki, bu da çox azdır. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin artırılmasına imkan verir”, - deyə Y.Abdullayev qeyd edib.