ELM VƏ TƏHSİL
ABŞ-DA OXUMAQ İSTƏYƏNLƏRDƏN SƏNƏDLƏRİN QƏBULU DAVAM EDİR
O bildirdi ki, İREX Birləşmiş Ştatların əsas qeyri-hökumət təşkilatıdır və təhsil sahəsində proqramların həyata keçirilməsi, müstəqil KİV-lərin dəstəklənməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi və İnternet şəbəkəsinin bütün dünyada genişləndirilməsi ilə məşğul olur.
B.Vayshart mübadilə proqramı çərçivəsində Azərbaycandan ilk tələbələrin ABŞ-a hələ 1992-ci ildə göndərildiyini xatırladaraq dedi: “Azərbaycan universitetlərinin 1, 2 və 3-cü kurslarında oxumuş tələbələrə artıq 1993-cü ildə ABŞ-ın ali məktəblərində birillik təhsil almaq imkanı verilmişdi. Azərbaycan tələbələri Birləşmiş Ştatlarda nəinki təhsil alır, həm də peşə vərdişlərinə yiyələnirlər.
Bakalavr dərəcəsi üzrə təhsil almaqla yanaşı, magistr dərəcəsi üzrə ikiillik təlim keçmək üçün hər il İREX xətti ilə 20-25 Azərbaycan vətəndaşı ABŞ-a göndərilir”.
İREX proqramı ölkəmizdə 1998-ci ildə fəaliyyətə başlamışdır və indi Azərbaycanın Təhsil Nazirliyi ilə birlikdə 5 proqram üzrə işi davam etdirir. Bunlar icmalarla əlaqələrə, müasir dövrün aktual mövzularına, tələbə mübadiləsinə, İnternet şəbəkələrinin inkişaf edirilməsinə dair proqramlar, habelə ölkənin pedaqoji universitetlərində tədris proqramlarının hazırlanmasına dair layihələrdir.
İREX-in fəaliyyəti ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və Azərbaycan ictimaiyyəti üçün tam açıqlıq rejimində həyata keçirilir.