Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-LA ƏMƏKDAŞLIĞIMIZIN VACİB TƏRKİB HİSSƏSİ

Azərbaycanın ABŞ-dakı səfiri Hafiz

Paşayevin AZƏRTAC-ın sifarişi ilə yazdığı məqalədə respublikamızın dünyanın

yeganə fövqəldövləti ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən amillərdən ətraflı söhbət açılır. Məqaləni oxuculara təqdim edirik.

2001-ci il sentyabrın 11-dəki dəhşətli terror hadisələrinin Amerika Birləşmiş Ştatlarının tarixində müstəsna yeri olacaqdır. Amerikanı digər qitələrdən iki nəhəng okeanın ayırması yüz illər boyu amerikalılarda arxayınçılıq psixologiyasını yaratmış, ölkənin dinc inkişafını təmin etmiş, onun daxili və xarici siyasətinin müəyyənləşməsində əsas amil olmuşdur. Lakin bir günün hadisələri vəziyyəti tamamilə dəyişdi, Amerikanı xarici təhlükədən sığortasız etdi. 

ABŞ-ın və Qərbin təhlükəsizlik ideologiyası və yaradılmış səmərəli təhlükəsizlik strukturları onilliklər ərzində soyuq müharibə şəraitinə uyğunlaşdırılmışdı. Sovet İttifaqının süqutundan sonra yeganə superdövlət kimi qalmış Amerika Birləşmiş Ştatlarını daha çox məşğul edən məsələ qloballaşma reallıqlarını nəzərə almaqla, dünyada özünün liderlik mövqeyinin daha da möhkəmləndirilməsi olmuşdur. Amma müəyyən mənada məhz qloballaşma və yüksək texnologiyaların geniş tətbiqi həm də yeni qlobal təhlükələrin yaranmasına gətirib çıxarmışdır. Son illərdə quruda, havada, dənizdə terror aktlarının törədilməsi bunu sübut etmişdir. Hazırda kütləvi qırğın silahlarının yayılma təhlükəsi də bəşəriyyəti ciddi narahat edən məsələdir.

Beynəlxalq siyasi mənzərənin tektonik dərəcədə dəyişilməsi XXI əsrin lap əvvəlində təhlükəsizlik konsepsiyalarına yenidən baxılmasını tələb etmişdir. İndi misilsiz qüdrətə malik olan ABŞ-ın özü də təhlükəsizlik baxımından kicik ölkələrin problem və narahatçılıqlarını yaşamaq məcburiyyətindədir. Şübhə doğurmayan fakt ondan ibarətdir ki, bu təhlükəyə təklikdə heç bir ölkə üstün gələ bilməz. Ona görə də Amerika dünyanın üzləşdiyi terrorizmə qarşı geniş beynəlxalq koalisiyanın qurulmasına nail olmuşdur.

Keçən əsrdə ABŞ-ın liderliyi ilə yaranmış beynəlxalq təşkilatlar şəbəkəsi, o cümlədən NATO və Avroatlantik təhlükəsizlik sistemi genişlənmə və “yenidənqurma” prosesini yaşamaq dövründədir. Tarixdə ilk dəfə olaraq ABŞ-ın Orta Asiya və Qafqaz regionunda hərbi sahədə əməkdaşlıq münasibətlərinə girməsi, hətta öz hərbi qulluqçularını orada yerləşdirməsi yeni reallıqları aydın nümayiş etdirir.

Terrorizmlə mübarizədə ilk uğurlar əldə olunsa da, uzunmüddətli mübarizə siyasətinin kristallaşması hələ gələcəyin işidir. Koalisiyanın daxilində, üzv ölkələrin özlərində gedən müzakirə və mübahisələr terrorizmin əsl səbəblərinə dair aydın təsəvvürlərin olmadığını göstərir. Vaxtaşırı müxtəlif mülahizələrdə “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin hallandırılması din amilinin araya gəlməsini və qeyri-müəyyənliyin olduğunu təsdiqləyir.

Vəziyyətin xüsusiliyini, dünyanın üzləşdiyi problemləri və onlarla bağlı ABŞ-ın siyasətini doktor Zbiqnev Bjezinski ilə müzakirə edərkən, o demişdir ki, yeganə superdövlət kimi qalmış Birləşmiş Ştatların xarici siyasətində “Amerika gücü” və “Amerika idealizmi” məfhumlarından istifadə olunması həssas tarazlığın gözlənilməsini tələb edir. Onun fikrincə, hazırda Amerika daha çox gücə, qüvvəyə üstünlük veməklə özünün illər boyu dünya ölkələri və xalqları üçün cəlbedici olan xüsusiyyətlərini itirmək təhlükəsi qarşısındadır.

Prezident Corc Buş terrorizmlə mübarizəni özünün xarici siyasət doktrinası etmişdir. Bu yaxınlarda Amerika Prezidenti tərəfindən təsdiq olunmuş “Milli Təhlükəsizlik Strategiyası”nın əsasında beynəlxalq koalisiyanın möhkəmləndirilməsi, koalisiya üzvlərinin hər biri ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi durur.

ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac sənədin məqsədlərini şərh edərək yazır: “Prioritetlərimizi yenidən müəyyənləşdirərkən, bizim imkanımız var ki, beynəlxalq tərəfdaşlığın diqqətini təkcə terrorizmlə müharibədə qalib gəlməyə deyil, həm də bütün digər ümumi təhlükələrə qarşı yönəldək”. Həqiqətdir ki, ABŞ hökuməti terrorizmlə müharibə dövründə digər ölkələrlə əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, bu əməkdaşlığın yeni formalarının yaradılması istiqamətində də çalışır.

Bu mənada Azərbaycan-Amerika münasibətlərinin hazırkı dövrü çox səciyyəvidir. Əlaqələrimizin yaranmasına və onillik təcrübəsinə nəzər salsaq, etiraf etməliyik ki, Birləşmiş Ştatlar və Azərbaycan tarixi baxımdan qısa bir müddətdə öz münasibətlərini ilkin tanışlıq mərhələsindən strateji tərəfdaşlıq mərhələsinə yüksəldiblər. Digər keçmiş sovet respublikalarından fərqli olaraq, ölkəmiz ABŞ-la diplomatik və digər əlaqələrini daha çətin, güclü erməni diasporunun yaratdığı əngəllərin mövcudluğu şəraitində qurmasına baxmayaraq, indi Amerikanın Azərbaycanla münasibətləri bir çox ölkələrlə müqayisədə daha möhkəm, strateji xarakter daşıyır.

Bunun başlıca səbəbini Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yönəldilən və ardıcıllıqla həyata keçirilən daxili və xarici siyasətimizdə görmək lazımdır. Çətin qonşuluqda yaşayan Azərbaycana dünyanın siyasi xəritəsində layiqli yer qazandırmaq üçün Prezident Heydər Əliyev ölkəmizin coğrafi-strateji mövqeyindən və güclü iqtisadi potensialından məharətlə istifadə etmişdir. Qısa zamanda neft strategiyasının həyata keçirilməsi ilə ABŞ-ın və Qərbin diqqətinin təkcə Azərbaycana deyil, ümumən bölgəmizə cəlb olunması təmin edilmişdir.

11 sentyabrdan əvvəl Qafqaz və Orta Asiya barəsində ABŞ-ın bəyan etdiyi coğrafi-strateji maraq və məqsədlər demokratiya və bazar iqtisadiyyatının inkişafı, bu regiondakı ölkələrdə müstəqil dünyəvi dövlətlərin möhkəmlənməsi, Xəzər dənizinin enerji ehtiyatlarının istifadəsi ilə bağlı idi. Amerika siyasətçiləri yaxşı bilirdilər ki, müvəffəqiyyətin əldə olunmasında Azərbaycanın nümunəsi çox vacibdir. Senator Səm Braunbək İpək Yolu üzərindəki ölkələrin gələcəyi haqqında danışarkən demişdir ki, regiona “demokratiyanın və azadlığın axını məhz Azərbaycandan keçir”. Buna görə idi ki, Konqresin yaratdığı çətinliklərə baxmayaraq, ABŞ hökuməti Azərbaycanla əməkdaşlığa həmişə xüsusi diqqət yetirmişdir. On il ərzində demokratik və iqtisadi islahatların aparılması və mühüm iqtisadi layihələrin həyata keçirilməsi Amerika ilə birgə əməkdaşlığımızın səmərəliliyini sübut etmişdir .

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsi ilə bağlı siyasi və iqtisadi çətinliklərin həllində Azərbaycanın ardıcıl, qətiyyətli mövqeyini, ölkəmizin dayaq rolu oynadığını görən Birləşmiş Ştatlar öz dəstəyini ən yüksək səviyyədə təmin etmişdir. Xatırlatmaq yerinə düşər ki, hətta ABŞ-Rusiya sammitlərində də layihə haqqında dəfələrlə söhbətlər aparılmışdır. Hazırda Bakı-Tbilisi-Ceyhan kəmərinə Qazaxıstanın qoşulması perspektivinə də Amerikanın məlum mövqeyi öz müsbət təsirini göstərməkdədir.

11 sentyabr hadisələrindən sonra Amerika-Azərbaycan münasibətlərində vacib keyfiyyət dəyişikliyi baş verdi. İllər boyu Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olan məlum 907-ci düzəliş tamamilə ləğv edilməsə də, onun təsiri tamamilə qüvvədən salındı. Amerika hökuməti terrorizmlə mübarizədə Azərbaycanın rolunu və əhəmiyyətini yaxşı dərk edərək, 907-ci düzəlişə həmişə bəyan etdiyi etirazını əməli tədbirə çevirə bildi. Bu dəfə, nəhayət, Amerikanın milli maraqları erməni lobbisinin maraqlarına üstün gəldi. Bununla da çox vacib sahədə - hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığımıza geniş imkanlar açıldı.

 

Ölkəmizin Avroatlantik təhlükəsizlik sisteminə inteqrasiyanın daha sürətlə həyata keçməsi NATO-nun genişlənməsinin gözlənilməz sürətlə getməsi kimi səbəblərlə izah olunmalıdır. Amerikanın hərbi siyasətində bölgəmizə diqqətin artmasını bir fakt aydın göstərir: Əvvələr təyinatsız qalmış Xəzər dənizi hövzəsi 2002-ci il oktyabrın 1-dən etibarən Birgə Döyüş Komandanlıq Planına əsasən, Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələri komandanlığının əhatə dairəsinə aid edilmişdir. Amerika hökuməti ilk dəfə olaraq, Azərbaycan və Ermənistanla hərbi əməkdaşlıq siyasətində tarazlığın saxlanılmasından imtina edərək, ölkəmizlə hərbi-siyasi, təhlükəsizlik, hüquq-mühafizə sahələrində əməkdaşlığı sürətlə genişləndirmişdir. Azərbaycan terrorizmə qarşı beynəlxalq koalisiyanın etibarlı üzvü kimi tanınmışdır.

Keçən il ərzində ABŞ-ın müdafiə nazirinin və digər yüksək rütbəli hərbçilərin Bakıya səfərləri və Azərbaycanın yüksək vəzifəli rəsmilərinin Pentaqonda keçirdikləri görüşlər ikitərəfli münasibətlərimizin inkişafında mühüm məqamlar olmuşdur.

1997-ci ildə təsis edilmiş “ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu” və 2002-ci ildən başlayaraq “Müdafiə sahəsində ABŞ-Azərbaycan məsləhətləşmələr” qrupu müntəzəm olaraq növbə ilə Bakıda və Vaşinqtonda öz iclaslarını keçirərək, görülən və görüləcək işlərə nəzər yetirir, təhlükəsizlik sahəsində və hərbi sahədə əməkdaşlığımızı gücləndirir. Hərbi nazirliklərimiz arasında imzalanmış birgə bəyanatda sülhməramlı bölmələr də daxil olmaqla, hər iki tərəfin hərbi qüvvələri arasında əlaqələndirmənin, hərbi dəniz qüvvələrimizin imkanlarının genişləndirilməsi, Azərbaycanın təyyarə meydanlarının və hava məkanının idarə olunmasına nəzarət sistemlərinin NATO strandartlarına uyğunlaşdırılması barədə razılıq əldə edilmişdir.

2002-ci ildə ABŞ tərəfindən Azərbaycanın Müdafiə Nazirliyinə təhlükəsizlik sahəsində 4,4 milyon dollar məbləğində yardım ayrılmışdır. İlk dəfə olaraq Beynəlxalq hərbi təlim və təhsil proqramı üzrə Azərbaycanın bir qrup zabiti təhsil almaq üçün ABŞ-a göndərilmişdir. Respublikamız 2002-ci il ərzində ABŞ-ın təklifi ilə təhlükəsizlik və müdafiə sahələrini əhatə edən 11 proqrama qoşulmuşdur. Xatırladaq ki, ümumən təhlükəsizlik və müdafiə proqramı çərçivəsində ABŞ tərəfindən Azərbaycana ayrılmış maliyyə vəsaiti 2001-ci ilə nisbətən 2002-ci ildə təxminən 4 dəfə artmışdır.

Müstəqil ölkənin möhkəm qorunan sərhədləri olmalıdır. Kütləvi qırğın silahlarının yayılmaması, qeyri-qanuni miqrasiyanın, narkotik maddələrin qanunsuz daşınmasının qarşısının alınması üçün beynəlxalq standartlara cavab verən sərhəd nəzarətinin həyata keçirilməsi çox vacibdir. Qərb-Şərq və Şimal-Cənub ticarət yolları üzərində yerləşən Azərbaycan üçün ciddi sərhəd qaydalarının tətbiqi iqtisadi baxımdan da əhəmiyyətlidir. Çünki tranzit, ixrac-idxal əməliyyatlarının artırılmasına lazımi şərait yaranmış olur. Bu sahədə Birləşmiş Ştatlarla xüsusi əməkdaşlıq proqramı həyata keçirilir. 2002-ci ildə dövlət sərhədlərimizin təhlükəsizliyinə ayrılmış vəsait hesabına dəniz sərhədlərimizin mühafizəsi üçün 6 gəmi təmir edilmiş, 2 nəzarət kateri alınmışdır (daha bir irihəcmli gəminin verilməsi gözlənilir). Gəmilərdə müasir avadanlıq, o cümlədən kosmik kompaslar, radio və radar qurğuları quraşdırılmışdır.

İkitərəfli münasibətlərimizlə yanaşı, Amerika-Türkiyə-Qafqaz işci qrupu və NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq təhlükəsizliyin təmin edilməsinə regional yanaşmanın yaxşı nümunələridir. Bu səpkidə GUÖAM və ABŞ arasında günbəgün artan əməkdaşlıq və Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyinin təminatı üçün ölkələrin birgə fəaliyyəti də qeyd olunmalıdır.

Türkiyə taburunun tərkibində Kosovada sülhyaratma əməliyyatlarında müsbət təcrübə qazanmış Azərbaycanın sülhməramlı taqımı hazırda Əfqanıstanda beynəlxalq təhlükəsizlik və yardım qüvvələrinin sıralarında öz missiyasını həyata keçirir. Sülhməramlı qüvvələrimizin imkanlarını genişləndirmək məqsədi ilə ABŞ Dövlət Departamenti ölkəmizə 1 milyon dollar əlavə vəsait ayırmışdır.

ABŞ-GUÖAM münasibətləri çərçivəsində müxtəlif konkret proqramların həyata keçirilməsinə başlanmışdır. Misal kimi göstərmək olar ki, ABŞ hökuməti sərhədlərin etibarlı qorunmasına yönəldilmiş proqram üzrə hüquq mühafizə orqanları arasında sıx, əməli əməkdaşlığın qurulmasına 6 milyon dollar həcmində yardım ayırmaqla yanaşı, Dünya Bankının güzəştli kreditlərinin verilməsi barədə də öz tövsiyyəsini vermişdir.

Təhlükəsizlik və hərbi strukturlarımızın müasir səviyyədə qurulması baxımından Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakı çox əhəmiyyətlidir. 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən NATO-nun Baş katibinə təqdimat sənədinin verilməsindən sonra ölkəmiz Alyansla əməkdaşlığını hər il təsdiq edilən fərdi Proqram üzrə həyata keçirir. NATO-nun hərbi məktəb və kolleclərinin müxtəlif təhsil kurslarında Azərbaycan zabitlərinin iştirakı ilbəil genişlənir. ABŞ-ın dəstəyi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onlarca zabitinin Marşall Mərkəzinin Almaniyada yerləşən Strateji Tədqiqatlar institutunda təhsil almasına şərait yaradılmışdır. Özünün təhlükəsizliyinin təmin olunmasında NATO strukturları ilə əməkdaşlığa ciddi yanaşan Azərbaycan Respublikası hazırkı dövrdə “Sülh naminə tərəfdaşlıq” proqramını NATO-ya üzv olmaq istyənlər üçün mühüm vasitə hesab edir.

Azərbaycanın müdafiə qabiliyyətinin yüksəldilməsi xarici təhlükələrin dəf olunmasında, o cümlədən, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmasında həlledici amildir. Bu amilin mövcudluğu, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması ehtimalını da artırır. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu istiqamətdə ardıcıllıqla həyata keçirilən tədbirlərlə yanaşı, müxtəlif beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə apardığımız əməkdaşlıq bizi məqsədimizə yaxınlaşdırır.

Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığımızın əhəmiyyəti bir də ondadır ki, ümumən ölkələrimiz arasında münasibətlərin inkişafına daha möhkəm əsaslar yaradır, onları əsl strateji tərəfdaşlıq səviyyəsinə qaldırır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?