ABŞ PİANOÇUSİ ROBERT KONVEY AZƏRBAYCANDA KONSERTLƏR VERƏCƏK
AZƏRTAC xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin sponsorluğu ilə həyata keçirilən “Mədəniyyət səfiri” layihəsi çərçivəsində Amerika pianoçusu Robert Konvey Sumqayıt, Gəncə və Bakıda konsertlər verəcək, habelə gənc musiqiçilər üçün ustad dərsləri keçirəcəkdir.
Mayın 13-də keçirilən mətbuat konfransında R.Konvey demişdir: “Mən Amerika musiqisini sizin ölkənizdə təmsil edəcəyəm, habelə Azərbaycan bəstəkarlarının musiqisini ifa edəcəyim üçün həyəcan keçirirəm. Ölkəniz barədə daha çox öyrənmək niyyətindəyəm”.
Amerika musiqiçisi vurğulamışdır ki, Azərbaycana səfərindən əvvəl ölkəmiz barədə xeyli məlumat toplamışdır. O, konsertlərdə Amerika bəstəkarları ilə yanaşı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin də əsərlərini ifa edəcəkdir. Maestro demişdir: “Azərbaycan musiqisini dinləyərkən ağlıma ilk gələn sözlər “lirizm” və “coşğunluq” olmuşdur”.
Robert Konvey Veyn Dövlət Universitetində musiqi dərsi deyir və Detroyt simfonik orkestrində çalışır. Səfər çərçivəsində pianoçunun Sumqayıt musiqi kollecində, Bakıdakı “Kapellhaus” orqan musiqisi salonunda, Gəncə kamera musiqisi salonunda konsertləri nəzərdə tutulmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]