ABŞ SƏFİRİ AMERİKA PİANOÇUSUNUN ŞƏRƏFİNƏ QƏBUL TƏŞKİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 13-də ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders öz iqamətgahında Sumqayıtda və Gəncədə pulsuz konsertlər verməyə hazırlaşan Amerika pianoçusu Robert Konveyin şərəfinə qəbul təşkil etmişdir.
Ann Ders demişdir: “Bildiyiniz kimi, ölkələrimiz arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində möhkəm ikitərəfli münasibətlər vardır. Təhsil, elm, incəsənət və əlbəttə, musiqi sahəsində qarşılıqlı münasibətlər isə dostluğumuzu möhkəmləndirir və inkişaf etdirir”.
Xanım Ders vurğulamışdır ki, Robert Konvey XX əsrdə Amerikanın ən görkəmli pianoçularından biridir.
Sonda R.Konvey Amerika bəstəklarlarının, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərini ifa etmişdir.
Robert Konveyin turnesi “Mədəniyyət səfiri” layihəsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]