Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələrin səbəbi açıqlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Bu gün səhər saatlarında Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gecikmələr müşahidə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, səhər saatlarında sərnişin qatarları Sabunçu stansiyası istiqamətində hərəkət edən zaman idarəetmə tablosunu qidalandıran elektrik kabelinə kənar şəxslər tərəfindən müdaxilə olunub. Nəticədə xətdə qısaqapanma yaranıb, gərginlik kəsilib və qatarların hərəkət qrafikində qismən gecikmələr baş verib. Çətinlik tez bir zamanda aradan qaldırılıb və qatarların hərəkət qrafiki bərpa edilib.
Bundan başqa, Güzdək istiqamətində yaranmış texniki nasazlıq səbəbindən Sumqayıt-Xırdalan-Bakı xətti üzrə hərəkət edən qatarların qrafikində də qismən gecikmələr baş verib. Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa edilib.
Yaranmış hər iki hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]