Abşeron rayonunda iftar süfrəsi açılıb
Xırdalan, 31 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 30-da Xırdalan şəhərində 350 nəfərlik iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, rayonun imkansız və şəhid ailələri üzvlərinin, Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi iştirakçılarının və Çernobıl əlillərinin də iştirak etdiyi iftar süfrəsində “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub.
Axund Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd edib.
Rayonun Qobu qəsəbəsində də 300 nəfərlik iftar süfrəsi açılıb.