Abşeron rayonunda növbəti ağacəkmə aksiyası
Xırdalan, 28 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti növbəti ağacəkmə aksiyasını Bakı-Şamaxı avtomagistralının rayon ərazisindən keçən hissəsində təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Gələcəyimiz üçün ağac əkək” devizi altında keçirilən ağacəkmə aksiyasında 300 ədəd Eldar şamı əkilib, ərazidə təmizlik-abadlıq işləri aparılıb.
“Sirab” şirkətinin dəstək verdiyi aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.