ADAU-da nəfəs meditasiyasına həsr olunan “Daxili hüzura səfər" adlı tədbir keçirilib
Gəncə, 16 aprel, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) nəfəs meditasiyasına həsr olunan "Daxili hüzura səfər" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ADAU-nun əməkdaşı Turanə Əsədova və EGE Universitetinin nümayəndəsi Tansel Kaygısız meditasiya vasitəsilə zehni rahatlıq, daxili harmoniya və enerji balansı əldə etmək haqqında söz açıblar.
Seminarda ADAU-EGE beynəlxalq ikili diplom proqramında dərs tədris edən professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, meditasiyanın müxtəlif növləri var. Onların hamısının təməlində konsentrasiya və nəfəs idarəetməsi dayanır. Şəxs nəfəs texnikaları ilə müəyyən yerlərə fokuslanaraq, gündəlik düşüncələrindən uzaqlaşır və öz daxili dünyasına səyahət edir. Bu proses insanın əhvali-ruhiyyəsini daha da yaxşılaşdırır. Meditasiya müntəzəm aparıldıqda, bu müsbət əhvali-ruhiyyə daha uzunmüddətli ola bilər.