ADNSU-da akademik yazı qaydaları haqqında təlim təşkil olunub
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə akademik yazı qaydaları haqqında təlim keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, təlim Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşəbbüsü ilə universitetdə ikiaylıq təcrübə keçən almaniyalı tələbə Anna Kristina Klemm tərəfindən aparılıb.
Təlimin əsas məqsədi tədqiqat işinin başlanması, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma zamanı lazımi qeydlərin aparılması və digər məsələləri tələbələrə izah etməkdir.
Qeyd edək ki, A.Klemm tərəfindən daha iki təlimin keçirilməsi nəzərdə tutulub.