ADPU X Avrasiya Ali Təhsil Zirvəsində təmsil olunub






Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən X Avrasiya Ali Təhsil Zirvəsində (EURIE 2025) iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, professor Cəfər Cəfərov tədbirdə bir sıra görüşlər keçirib, beynəlxalq əməkdaşlıq, tələbə mobilliyi və təhsil məsləhətçiliyi istiqamətində beynəlxalq əməkdaşlıq müqaviləsi imzalayıb.
EURAS 2008-ci ildə təsis edilib və Avrasiya regionundan 110-dan çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq qeyri-kommersiya assosiasiyasıdır. ADPU 2023-cü ildən EURAS-ın üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [19:59]
Təhsil ixtisasları üzrə işçi qrupunun üçüncü iclası keçirilib
- 17.04.2025 [19:09]