ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə Macarıstanın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil üzrə attaşesi Mihali Qruberin tələbələrlə görüşü olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qonaq ölkəsinin təhsili, dili, ərazisi, əhalisi, coğrafi mövqeyi və təqaüd proqramları haqqında slayd vasitəsilə ətraflı məlumat verib. O, eyni zamanda, təhsil sahəsində əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən danışıb. Qonaq, həmçinin təhsil naziri Emin Əmrullayevlə olan görüşündən söz açıb.
Qeyd edək ki, Macarıstanın təqaüd proqramları haqqında məlumatı http://htp.edu.az/ saytı vasitəsilə əldə etmək olar.