İDMAN
Aerobika yarışlarında sonuncu qızıl medalı Macarıstan idmançıları qazandı [YENİLƏNİB]
Qrupların yarışında qızıl medallara Macarıstan idmançıları sahib olublar. Onlar 21.144 xal toplayıblar. Rumıniya atletləri 21.094 xalla ikinci, İspaniya gimnastları isə 20.933 xalla üçüncü yerləri tutublar.
Qaliblərə medalları Milli Olimpiya Komitısinin vise-prezidenti Çingiz Hüseyzadə təqdim edib.
12:10
Aerobika üzrə qarışıq cütlüklərin mübarizəsində ispaniyalı Sara Moreno Lopez və Vicente Lli Lloris 21.150 xal toplayaraq ən yüksək nəticə göstəriblər. Beləliklə, ispaniyalı idmançılar birinci Avropa Oyunlarının qızıl medalını qazanıblar. İtaliyalı Michela Castoldi-Davide Donati dueti (21.050) gümüş, rusiyalı Dukhik Dzhanazian-Denis Solovev cütlüyü isə (20.500) bürünc medallara layiq görülüblər.
11:40
Bakı, 21 iyun, G.Kazımova, AZƏRTAC
İyunun 21-də Milli Gimnastika Arenasında birinci Avropa Oyunlarının aerobika yarışlarının sonuncu gününə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışların sonuncu günündə həm qruplar, həm də qarışıq cütlüklər öz məharətlərini göstərəcək.
Həm qrup, həm də qarışıq cütlüklərin yarışlarında Rusiya, Fransa, Macarıstan, Rumıniya, İspaniya və İtaliya atletləri mübarizə aparırlar.