İDMAN
AFFA-nın baş katibi: “İsveç və Belçika ilə oyunlardan sonra səhvləri analiz edib nəticə çıxarmaq olar”
![AFFA-nın baş katibi: “İsveç və Belçika ilə oyunlardan sonra səhvləri analiz edib nəticə çıxarmaq olar”](/files/2023/3/1200x630/169805193462175062_1200x630.jpg)
Bakı, 23 oktyabr, AZƏRTAC
“Estoniya ilə oyunda millimiz meydanda yaxşı təsir bağışladı və inamlı qələbə qazandıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi son iki oyun barədə danışarkən deyib.
Funksioner bildirib ki, Avstriya ilə matçda məğlubiyyətə baxmayaraq, yığmanın mübarizəsi ürəkaçan idi: “Təəssüf ki, məğlub olduq. Əlbəttə, bu nəticə təkcə bizi yox, bütün futbol ictimaiyyətini və azarkeşləri məyus etdi. Artıq növbəti oyunlara köklənmək lazımdır. İsveçlə evdə, Belçika ilə səfərdə matçlarımız qalıb. Bu görüşlərdən sonra səhvlərimizi analiz edib müəyyən nəticə çıxarmaq olar”.
O, noyabrda AFFA ilə müqaviləsi başa çatacaq milli komandanın baş məşqçisi Canni De Byazinin gələcək taleyi ilə bağlı məsələyə də toxunub: “Düşünürəm ki, son oyunlara qədər detallı açıqlama vermək məqsədəuyğun olmaz. Oyunlar yekunlaşdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. Burada baş məşqçinin hesabatı dinləniləcək. Bundan sonra qərar veriləcək”.