AFFA-nın birinci vitse-prezidenti Azərbaycanın U-21 komandasının üzvləri ilə görüşüb
Bakı, 3 sentyabr, AZƏRTAC
AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, R.Əliyev milli komandaya Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.
Millinin baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
AFFA-nın texniki direktoru Bernhard Lippert də görüşdə iştirak edib.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.