Ağdam Sənaye Parkında könüllü qanvermə aksiyası keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Bu gün Ağdam Sənaye Parkında Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, aksiyada sənaye parkının rezident şirkətlərinin 50-yə yaxın əməkdaşı iştirak edərək humanist təşəbbüsə dəstək verib.
Toplanan donor qanı irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.