Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl müşavirə iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhərində yerləşən xüsusi nümayəndəliyinin Qərargahına gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Bundan sonra, tədbir iştirakçıları Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Müşavirə başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb, qazilərimizə şəfa dilənib.

Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırıb.

Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə dövlət başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyduğu qeyd edilib.

Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərilərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.

Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.

Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi diqqətə çatdırılmaqla prokurorluq orqanlarının Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilib, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Baş prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.

Əməliyyat müşavirəsində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağda aparılan dünyada presedenti olmayan meqalayihələr, quruculuq işləri, tamamilə dağıdılmış yüzlərlə yaşayış məskəninin sıfırdan bərpasına dair ətraflı məlumat verməklə ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsinin beynəlxalq aləmdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

Emin Hüseynov işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanması, həmçinin yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədar müdafiə və təhlükəsizlik məsələlərin də böyük əhəmiyyət daşıdığını bildirərək bu istiqamətdə qarşıda duran vəzifələrin həyata keçirilməsində xüsusi nümayəndəliklə müvafiq prokurorluqların əlaqəli fəaliyyətinin xüsusi önəmə malik olduğunu qeyd edib.

Əməliyyat müşavirəsində Baş prokurorun müavini-respublika Hərbi prokuror Xanlar Vəliyev, Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov məruzələrlə çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Sonda Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilməklə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorluqlarının Qarabağın yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində, o cümlədən qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizədə səmərəli fəaliyyət göstərəcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Ağdam şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olan hərbçilərlə görüşüb Baş prokuror vətən keşikçilərinin xidmət və məişət şəraiti ilə maraqlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub

Moskvada yataqxanada baş verən yanğında 8 nəfər ölüb

Türkiyə Kubokunun sahibi məlum olub

İstanbulda silahlı qarşıdurma, ölən və yaralananlar var

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Kənd təsərrüfatı naziri Yevlaxda fermer təsərrüfatlarına baş çəkib

Çexiya Prezidenti motosiklet sürərkən xəsarət alıb

Moskvada Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılacaq

AYB-də Qırğızıstan Xalq yazıçısı Sultan Rayevin kitabının təqdimat mərasimi keçirilib

Ukrayna daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Çəkdiyim acıları, üzüntüləri Qarabağda da yaşadım

Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşlarla görüşüb

Gəncədə Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi olub

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir keçirilib

İbrahim Rəisi Məşhəddə dəfn edilib

Mariya Stadnik: İşini sevəndə və özünü ona həsr edəndə həmişə nəticə də olur

Amputant futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının finalında iştirak edəcək

Mayın 24-dən 27-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir

Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

Azərbaycan zabitləri NATO-nun “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər

Azərbaycan səfiri Niderlandda ölkəmizin üzləşdiyi mina problemindən danışıb

Mərkəzi Bank elektron pul təşkilatlarına və ödəniş təşkilatına müvafiq lisenziyalar verib

Siyasi tükənmişlik

® “Azercell” və GSMA strateji tərəfdaşlıqlarının prioritet istiqamətləri haqqında danışıblar

Abdullah Uçan: Azərbaycan-Türkiyə gənclərinin işbirliyi qardaşlıq prinsipinə əsaslanır

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub

T.P.Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texniki nasaz yük avtomobilinin yolda qalması avtomobil sıxlığının yaranmasına səbəb olub

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

Ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyənin ədliyyə naziri: Türk Dövlətləri Təşkilatı mühüm işlərə imza atır

“Ağcabədi Taxıl Aqropark”ının yaradılmasına 9,8 milyon manat güzəştli kredit verilib

“Azərkosmos” və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başlayır

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 73 mindən çox müraciət olub

Şimali Kiprdə azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi yolları müzakirə edilib

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub VİDEO

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb

Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

Bu günədək 35 min 390 tələbə təhsil krediti alıb

® “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən Respublika fənn olimpiadaları yekunlaşıb

Türk dünyasının mədəniyyət sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Britaniyada partiya liderləri seçki kampaniyasına başlayıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pedaqogika elmi və müasirlik – respublika elmi konfransı

“Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-ABŞ ikitərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə edilib

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

TBMM-in nümayəndə heyəti Milli Məclisin bir neçə şöbəsinin əməkdaşları ilə görüşüb

Rafiq Hüseynov: Azərbaycan güləşinin gələcəyi uğurlu əllərdə olacaq

“Bu şəraitdə hazırlanan dönər insan üçün təhlükə yaradır” - VİDEOREPORTAJ

Azərbaycan Milli Kitabxanasının 101 illiyi münasibətilə virtual sərgi hazırlanıb

Bir sıra ümumi təhsil müəssisələrində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir

Sosial Dəstək Mərkəzində ictimai dinləmə keçirilib

“Mən gözəl bir məktəbə qonaq gəlmişəm” - professor Musa Qasımlı

® “Caspian Energy Club UK”in sədri Rəşad Şəkərov “Europe-Asia Intermodal Logistics Forum 2024: New Silk Way Shaping”də çıxış edəcək

“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlayıb

® “Rabitəbank”da əmanətiniz qazanc üstə qazanc gətirəcək

Ədəbiyyat İnstitutunun əməkdaşı Türkmənistanda beynəlxalq konfransda məruzə edib

Azərbaycanın qadın güləşçiləri Bakıdakı Avropa çempionatının finalına vəsiqə qazanıblar

İRİA-nın sədri BANM-in xanım tələbələri ilə görüşüb

Ankarada türk ölkələrinin vəkillər birliklərinin əməkdaşlıq yolları müzakirə edilib

Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar verilib

Azərbaycan-Tacikistan əməkdaşlığı regional layihələrin inkişafına təkan verir ŞƏRH

Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub

Elxan “Şimamoto” Xələfov: Blogerlik hələ tam sınanmamış sahədir və onun böyük gələcəyi var

ABŞ səfirliyinin müşaviri: Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Abşeron-Xızı regionundakı məktəblər üzrə I sinfə şagird qəbulu ilə bağlı 9859 sorğu yerləşdirilib

Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar

Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində festival keçiriləcək

MOK rəsmisi: Qadın güləşi ilə bağlı layihənin həyata keçirilməsi alqışalayiq addımdır

“S&P Global Commodity Insights” şirkəti ilə Azərbaycanın yaşıl enerji kursuna dair müzakirələr aparılıb

Mərkəzi Bankın əməkdaşları Naxçıvanda pul nişanları ilə bağlı sessiya keçiriblər

Şimali Kiprdən olan şəhid ailələri Xocalı və Ağdama səfər ediblər VİDEO

Amerikalı güləş mütəxəssisi: Bu layihə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafına töhfə olacaq

Nazir: İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri COP29 çərçivəsində Azərbaycanın öhdəliklərinə uyğun şəkildə aparılır

“COP29: Gənclərin iqlim hərəkatına çağırışı” - BMU-da simpozium

Azərbaycan ilə Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb

Kristi Man: Azərbaycanda qadın güləşi yüksək səviyyədə inkişaf edir

COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib VİDEO

Tarix Muzeyində təsviri və incəsənət nümunələrindən ibarət müsabiqə-sərgi keçirilib VİDEO

Baş katib: Qadın güləşi ilə bağlı layihələr həyata keçiririk

“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı başa çatıb

İnstitut rəsmisi: Sertifikatlaşdırılma imtahanında xarici dil fənlərindən metodika və pedaqogika sualları Azərbaycan dilində olacaq

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb

Emoməli Rəhmon: Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq VİDEO

Naxçıvanla bağlı “Vikipediya”da yer alan 30-a yaxın məqalə redaktə edilib

Sumqayıt məktəbliləri AzMİU haqqında məlumatlandırılıb

Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq VİDEO

Qaxda indiyədək 1500 hektaradək sahədə dən üçün qarğıdalı əkilib

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – konfrans