SİYASƏT
Emoməli Rəhmon: Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq VİDEO

Bakı, 23 may, AZƏRTAC
Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: “Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”.