Ağdaş idmançıları qələbələrini ulu öndərin doğum gününə həsr etmişlər
Ağdaş, 11 may (AZƏRTAC). Ağdaşda yeniyetmələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş VI ümumrayon spartakiadası başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, yarışda rayonunun 43 inzibati ərazi vahidliyindən 3 minə yaxın məktəbli oğlan və qız iştirak etmişdir. Onlar idmanın futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, kross, şahmat, dama, atletika, stolüstü tennis, basketbol və armlestinq növləri üzrə qüvvələrini sınamışlar.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev mayın 10-da Heydər Əliyev parkında ulu öndərin xatirəsinə həsr edilmiş bayram tədbirində spartakiadanın qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim etmişdir. Yerli incəsənət ustalarının çıxış etdiyi tədbirdə 15 mindən artıq ağdaşlı iştirak etmişdir.
Həmin gün Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin anadan olmasnın 88-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]