REGİONLAR
Ağdaşda tərəvəz məhsulları istehsalı 10,3 faiz artıb
Ağdaş, 22 noyabr, AZƏRTAC
Ağdaş rayonunda tərəvəzçilik ənənəvi təsərrüfat sahəsidir və cari ildə əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, torpaq mülkiyyətçiləri bol məhsul istehsalına nail olublar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Ağdaşda 1215,6 hektarda tərəvəz bitkiləri, daha çox pomidor, xiyar, kələm yetişdirilib. Sahələrdən 34 min 440,7 ton məhsul götürülüb. Bu göstərici əvvəlki illə müqayisədə 3219,1 ton və ya 10,3 faiz çoxdur.
Bu il rayonun Xosrov, Qolqəti, Aşağı Zeynəddin, Gürcüva və Birinci Aral yaşayış məntəqələrinin torpaq mülkiyyətçiləri daha çox tərəvəz məhsulları istehsalına nail olublar.
Qeyd edək ki, bölgədə 64,6 hektar sahədə təkrar tərəvəz bitkiləri əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]