REGİONLAR
AĞSU BAĞBANLARI BOL MƏHSUL GÖTÜRMÜŞLƏR
Son illər Ağsu rayonunda meyvəçilik nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Bölgənin dağətəyi və düzən ərazilərində nar, xirnik, heyva, alça, gavalı, dağlıq ərazilərində isə alma, armud, qoz yetişdirilir. 2005-ci ildə bağlardan 4 min 928 ton meyvə yığılmışdır ki, bu da əvvəlki ilə nisbətən 123 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda bağların sahəsi 860 hektara çatdırılmışdır. Təkcə ötən il 58 hektar ərazidə yeni bağlar salınmışdır.
Bağçılıqla daha çox fərdi təsərrüfatlar məşğul olurlar. Ağsunun əksər bölgələrində, xüsusən Kəndoba, Cəlayır, Qaraqoyunlu, Kalva, Dilman yaşayış məntəqələrində sakinlər meyvəçilikdən xeyli gəlir götürürlər.