AĞSU RAYONUNUN 108 YAŞLI SAKİNİNƏ MİNİK AVTOMOBİLİ HƏDİYYƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Ağsu rayon Sosial Müdafiə Mərkəzində Kəndoba kəndinin 108 yaşlı sakini Bəxtiyar Nadirova “Oka” avtomobilinin açarlarını təqdim etmişdir.
Ahıllar günü münasibətilə veteranı təbrik edən nazir ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan danışaraq, artıq Azərbaycanın böyük maliyyə ehtiyatlarına malik olduğunu vurğulamış, bütün kateqoriyalardan olan insanlara, o cümlədən ahıllara göstərilən qayğıdan bəhs etmişdir. Bayram münasibətilə yaşı 100-dən çox olan hər bir Azərbaycan vətəndaşına “Oka” minik avtomobili, habelə rəngli televizor və soyuducu hədiyyə ediləcəyini bildirən nazir, son illər Böyük Vətən və Qarabağ müharibələri əlillərinə, veteranlara göstərilən maddi və mənəvi yardımlar haqqında danışmışdır. Qeyd olunmuşdur ki, indiyədək 2000 nəfər əlil və veterana minik avtomobili verilmişdir. Təkcə bu ilin əvvəlindən bəri “Oka” markalı avtomobil alanların sayı 405 nəfər təşkil edir. İlin sonunadək daha 200 nəfərə maşın veriləcəkdir.
Bəxtiyar Nadirov ömrünün ahıl çağında göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir. Nazirlə çay süfrəsi arxasında əyləşən ixtiyar ağır müharibə illərinin acı xatirələrindən danışmış, bu gün azad və xoşbəxt günlərini yaşayan həmvətənlərinə uca tanrıdan firavanlıq və dinclik diləmişdir.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]