AĞSUDA TAXIL BİÇİNİ BAŞLANMIŞDIR
Bu barədə Ağsu Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri bu mühüm kampaniyaya mütəşəkkil başlamışlar.
Cari ildə rayon üzrə 29 min 917 hektar zəminin məhsulu yığılacaqdır. Əkin sahələri ötən ildəkindən 4 min 97 hektar çoxdur. Hələlik rayonun düzən və dağətəyi ərazilərindəki zəmilərin taxılı biçilir. Taxıl becərilmiş sahələrin 70 faizdən çoxu məhz həmin yerlərdədir.
İlkin olaraq arpa zəmiləri biçilir. Kampaniyaya 84 kombayn, bir o qədər də qoşqulu traktor və yükdaşıyan avtomaşın cəlb olunmuşdur. İlk günlərdən sahələrdə nəzərdə tutulan texnikanın 80-90 faizindən istifadə edilir. Rayonun taxılçılıqla daha çox məşğul olunan Bico, Gəgəli, Bozavand, Qəşəd və digər ərazi vahidlərində biçin daha mütəşəkkil keçir.
İlk günlərin məhsuldarlığı taxılçıları razı salır. Mütəxəssislər cari ildə rayonda təqribən 83-85 min ton mühüm strateji məhsul olan taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar. Bu isə ötənilki göstəricidən xeyli çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]