İQTİSADİYYAT
Ailə TV-dən yeni kampaniya - 10 ay ödə, 1 il izlə
Bakı, 18 iyun, AZƏRTAC
Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha keyfiyyətli istifadəni təşviq etmək məqsədilə abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir.
“Caspian Telecom”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, indi cəmi 100 AZN öncədən ödənişlə rəqəmsal yayımda 110 TV kanalını 1 il izləmək mümkündür. Üstəlik rəqəmsal qəbuledici funksiyasını daşıyan müasir CAM Modul cihazı da abunəçilərə hədiyyə olunur.
Qeyd olunub ki, Cam-modul baza paketində 10-u HD olan, 110 rəqəmsal TV kanal, baza paketinə əlavə olaraq istənilən əlavə 12 kanalı seçmə imkanı, televizorun daxili rəqəmli TV-qəbuledicisi sayəsində daha keyfiyyətli təsvir, televizora resiverin qoşulmaması kimi üstünlüklərə malikdir.
Kampaniya bu il avqustun 31-dək keçiriləcək.