“Akkord” “Beynəlxalq İnşaat Mükafatı”na layiq görülmüşdür
Bakı, 13 may (AZƏRTAC). Fransanın paytaxtı Parisdə “Ticarət Liderləri Klubu” və “Editorial Ofice” təşkilatı tərəfindən təsis edilmiş “Yeni minilliyin mükafatı”nın 23-cü təqdimat mərasimində “Akkord” “Beynəlxalq İnşaat Mükafatı”na layiq görülmüşdür.
“Akkord İnşaat-Sənaye” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, 25 ölkədən 30 şirkətin təmsil olunduğu tədbirin iştirakçıları arasında Fransa, Meksika, Cənubi Afrika Respublikası, Braziliya, Malayziya, Rusiya və digər dövlətlərdən ən qabaqcıl şirkətlər var idi. Tədbirdə Azərbaycanı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” təmsil etmişdir. Mükafat “Ticarət Liderləri Klubu”nun prezidenti Arsenio Pardo Rodriqes tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın prezidenti Xaqani Quluzadəyə təqdim edilmişdir.
Eyni zamanda, “Akkord”a “Biznes sahəsində liderliyə” görə qızıl medal və müvafiq sertifikat da təqdim edilmişdir.
Fransanın yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan tədbirdə bu ölkənin dövlət orqanlarının, Parisdəki xarici səfirliklərin nümayəndələri və dünyanın tanınmış biznesmenləri iştirak etmişlər.
Qeyd edək ki, “Ticarət Liderləri Klubu” “Yeni minilliyin mükafatı”nın sahiblərini tikinti və inşaat sahəsində hər il dünya üzrə aparılan təhlillər nəticəsində müəyyən edir. Təhlillərdə əsasən, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq bazarlara çıxış və digər amillər nəzərə alınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]