Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ALİ MƏKTƏBLƏRƏ SƏNƏD QƏBULU ELAN OLUNMUŞDUR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2007-2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu elan etmişdir.

TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il 27 dövlət, 16 özəl ali məktəblərinə plan üzrə yerlərin ümumi sayı 26 min 704-dür (ötən il - 25629). Onlardan 22 min 884-ü dövlət (ötən il - 22479), 3 min 820-si özəl (ötən il - 3150) ali təhsil müəssisələrinin payına düşür. Dövlət ali məktəbləri üzrə 10 min 807 plan yeri ödənişsiz, 12 min 77 yer isə ödənişli əsaslarladır.

Azərbaycan bölməsi üzrə 19 min 520, rus bölməsi üzrə 3 min 457, birgə müsabiqə üzrə isə 3 min 727 plan yeri ayrılmışdır.

Tədris ilində 259 adda ixtisas üzrə qəbul aparılacaqdır. Onlardan 113 ixtisas I qrupa, 49 ixtisas II qrupa, 75 ixtisas III qrupa, 25 ixtisas isə IV qrupa aiddir.

Ali məktəblərin qəbul planına daxil edilmiş yeni ixtisaslar aşağıdakılardır: torpaq kadastrı, yer quruluşu və torpaq müfəttişliyi, regionşünaslıq - İran, Pakistan, Koreya (Bakı Dövlət Universiteti), fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi (Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti), informasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri - hava nəqliyyatında, istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (Milli Aviasiya Akademiyası), təhsilin təşkili və idarə olunması (Azərbaycan Dövlət Pedaqoji Universiteti), tarix və coğrafiya (Azərbaycan Müəllimlər İnstitutu), hərbi həkim işi (Azərbaycan Tibb Universiteti), tibbi profilaktika (Naxçıvan Dövlət Universiteti) və s.

Müsabiqəyə I ixtisas qrupunda ümumi balı 200-dən, digər qruplarda isə 250-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.

Xüsusi qabiliyyət tələb edən təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə qabiliyyət imtahanından “məqbul” alan və test imtahanından ən azı 100 bal toplayan abituriyentlər buraxılırlar (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur). Müsabiqə abituriyentin test imtahanından topladığı ballar əsasında aparılır.

Respublikamız üçün müxtəlif sahələr üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müvafiq olaraq xarici ölkələrin təhsil müəssisələrində bakalavr dərəcəsi almaq üçün gənclərin seçimi ilə əlaqədar müsabiqə keçirilməsi nəzərdə tutulur.

Gənclərin xaricdə təhsili ilə bağlı bütün xərclər dövlət tərəfindən ödənilir.

Ali məktəblərə sənəd qəbulu bu qaydada aparılacaqdır: orta, orta ixtisas və ya peşə məktəbini 2007-ci ildə bitirən abituriyentlər sənədlərini iyunun 25-dən iyulun 5-dək hər gün (şənbə və bazar günləri də daxil olmaqla) saat 9-dan 17-dək aşağıda göstərilən ünvanlarda təşkil olunan sənəd qəbulu komissiyasına (SQK) təqdim edirlər:

Bakı şəhərində - Azərbaycan və rus bölməsi üzrə: Binəqədi rayonunda - 83, 246, 284 nömrəli, Xətai rayonunda - 95, 55, 249 nömrəli, Nəsimi rayonunda - 19, 46 nömrəli, Səbail rayonunda - 190, 49 nömrəli, Sabunçu rayonunda - 80, 75 nömrəli, Qaradağ rayonunda - 139 nömrəli, Əzizbəyov rayonunda - 183 nömrəli, Nizami rayonunda - 210, 250 nömrəli, Nərimanov rayonunda - 47, 178 nömrəli, Yasamal rayonunda - 158, 225 nömrəli, Suraxanı rayonunda - 85, 104 nömrəli məktəblər.

Doqquz şəhər və rayonda (Mingəçevir şəhərində (13 nömrəli məktəb), Bərdə (gənclər və idman idarəsi), Tərtər (6 nömrəli məktəb), Lerik (V.İbrahimov adına orta internat məktəbi), Beyləqan (uşaq-gənclər şahmat məktəbi), Saatlı (S.Vurğun adına 1 nömrəli məktəb), Quba (gənclər və idman idarəsi), Ucar (2 nömrəli orta məktəb) və Oğuz (gənclər və idman idarəsi) rayonlarında) ali məktəblərə sənəd qəbulu Gənclər və İdman Nazirliyinin vasitəsilə aparılacaqdır.

Digər rayonlarda (şəhərlərdə) isə abituriyentlər sənədlərini rayon (şəhər) təhsil şöbəsində yaradılmış sənəd qəbulu komissiyalarına təqdim edə bilərlər.

Kənd rayonlarından olan əvvəlki illərin məzunları yaşadıqları rayonların təhsil şöbəsində yaradılmış SQK-ya da sənəd verə bilərlər.

Orta, orta ixtisas və ya peşə məktəbini əvvəlki illərdə bitirən abituriyentlər sənədlərini iyunun 22-dən 30-dək hər gün aşağıda göstərilən ali məktəblərdə təşkil olunan SQK-ya təqdim edirlər.

Bakı şəhərində - Azərbaycan bölməsi üzrə: Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm İnstitutu, “Azərbaycan” Universiteti, Bakı Biznes Universiteti.

Rus bölməsi üzrə: Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti.

Digər şəhərlərdə (hər iki bölmə üzrə): Naxçıvan şəhərində - Naxçıvan Dövlət Universiteti, Sumqayıt şəhərində - Sumqayıt Dövlət Universiteti, Gəncədə - Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Mingəçevir şəhərində Mingəçevir Politexnik İnstitutu, Lənkəran şəhərində Lənkəran Dövlət Universiteti.

  Xarici ölkələrdə təhsil alan abituriyentlər sənədlərini TQDK-da yaradılmış SQK-ya təqdim edirlər. Gür­cüs­tanda yaşayan azərbaycanlılar Qazax Şə­hər Təhsil Şöbəsində, Rusiya Federasiyasının Dağıstan Respublikasın­da yaşayan azərbaycanlılar isə Qusar Rayon Təhsil Şö­bəsində təşkil olunan SQK-da sənəd verə bilərlər.

  Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər iyunun 22- dən 28-dək seçdikləri ixtisasın aid olduğu ali məktəbdə qeydiyyatdan keçərək, qabiliyyət imtahanı verəcəyi komissiyanın ünvanını və imtahanların cədvəlini götürməlidirlər. Onlar iyunun 25-dən iyulun 3-dək cədvəl üzrə qabiliyyət imtahanları verməli, qabiliyyət imtahanları başa çatdıqdan sonra test imtahanında iştirak etmək üçün iyunun 28-dən iyulun 5-dək imtahan verdiyi komissiyanın yerləşdiyi ali məktəbdə yaradılmış SQK-da ərizə forması doldurmalıdırlar.

Azərbaycan Dəniz Akademiyasının ixtisaslarını və ya Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını seçən əvvəlki illərin məzunları sənədlərini iyunun 22-dən 30‑dək, builki məzunlar isə iyunun 25-dən iyulun 5-dək bi­la­va­sitə həmin təhsil müəssisələrində təşkil olunan SQK-ya təqdim edirlər. Onlar həmin təhsil müəssisələrində xü­su­si tibbi və psixoloji müayinədən keçirlər. Milli Aviasiya Akademiyasının I qrup ix­ti­saslarını seçənlər həm də xarici dil üzrə müsahibədən keçməlidirlər. Müayinə və müsahibədən mü­vəf­fə­qiy­yət­lə keçmiş abituriyentlər əri­zə­lərində bu ali mək­təb­lə­rin müvafiq ixtisaslarını gös­tər­mək hüququ qazanırlar.

Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Orta ixtisas təhsili məktəblərinə orta (11 illik) təhsil bazasından qəbul ali məktəblərin qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Yalnız orta ixtisas məktəblərinə qəbul olunmaq istəyən abituriyentlər də mütləq ali məktəblərə qəbulla əlaqədar yaradılmış sənəd qəbulu komissiyalarına müraciət edib “Abituriyentin ərizəsi” for­ma­sı­nı doldurmalı və ali məktəblərin imtahanlarında iştirak etməlidirlər. Bu abituriyentlər ərizə formasında ali məktəbin ixtisas qrupunu qeyd edir, lakin heç bir ali məktəb ixtisasını göstərmirlər.

Ali məktəblərə tələbə qəbulu elanı, qruplar üzrə ixtisas kodları, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Qəbulla bağlı bütün məlumatları, həmçinin TQDK-nın internet saytından (www.tqdk.gov.az) da əldə etmək mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb

Böyük şirkətlər 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni yardım paketi ayıracaq

Vinçentso Montella: Futbolçularım komanda ruhunu ortaya qoydular

Milli Prado Muzeyi "İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910)" adlı sərgini təqdim edir

Danimarkada xarici bayraqlardan istifadə məhdudlaşdırılır

Kral Çarlz Şotlandiyada səfərdədir

Gürcüstanda yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq halları artıb

Çexiya Vışeqrad dördlüyündə sədrliyi təhvil verir

Türkiyə millisinin qapıçısı: Bizim üçün dua edən hər kəsə minnətdarıq

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

Ağstafada 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri tapılıb- FOTO

Dövlət Departamenti: NATO sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında görüş istiqamətində işləməyə davam edəcəyik

Lənkəranda minik avtomobili velosipedçini vurub

Avro-2024: Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb YENİLƏNİB 5

İmişlidə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Respublikaçı Alternativ (REAL) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 iyun tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 116-ya çatıb

Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var

Avro-2024: Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Avropa üçüncüsü olub

Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsü olub

“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Deputat: Azərbaycan polisi peşəkarlığına görə yalnız regionun deyil, Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir

Neftçalada bir qrup polis əməkdaşı təltif olunub

DİM: 13 min 484 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB VİDEO

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb