Alimlər bu il Sakit və Atlantik okeanlarında 17 qasırğa baş verəcəyini proqnozlaşdırırlar
Bakı, 13 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Meksika Milli Meteorologiya Xidməti (MMX) alimlərinin proqnozlarına görə, bu il 17 qasırğa gözlənilir. Bunların 8-i Sakit okeanda, 9-u Atlantik okeanda və Karib dənizində baş verəcəkdir.
Meksika MMX-nin baş əlaqələndiricisi Andrian Vaskes bildirmişdir ki, 2011-ci ildə cəmi 30 təbii kataklizm proqnozlaşdırılır. O demişdir: “Atlantik okeanının Ekvator hissəsindəki yüksək temperaturlarla Sakit okeanda neytral temperaturların uzlaşması səbəbindən budəfəki qasırğalar mövsümü əvvəlkindən daha fəal olacaqdır”.
Mayın 15-dən noyabr ayınadək Meksikada yağışlar mövsümü başlayır.
Meksika meteoroloqlarının fikrincə, ötən illə müqayisədə bu il daha çox, iyunda isə normadan 19 faiz artıq yağıntı düşəcəkdir. Nəticədə çaylar məcrasından çıxa bilər.
A.Vaskes sahilyanı zonaların sakinlərini təbii fəlakətlərə hazırlığa barmaqarası baxmamağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]