Alimlər müəyyən etmişlər ki, adi darçın Parkinson xəstəliyinin müalicəsinə kömək edir
Bakı, 12 iyul (AZƏRTAC). Raş Universiteti nəzdindəki tibb mərkəzinin mütəxəssisləri müəyyən etmişlər ki, adi darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətləri vardır. AZƏRTAC “Ani News”a istinadla xəbər verir ki, onun tərkibinə daxil olan maddələr insanın baş beynində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.
Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.
Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılmışdır. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.
Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşıdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]