Alimlər tez arıqlamaq üçün inyeksiya hazırlamışlar
Bakı, 2 iyun (AZƏRTAC). Avropanın bir qrup alimi artıq çəkidən xilas olmaq istəyənlərə kömək göstərəcək qeyri-adi preparat kəşf olunduğunu bildirmişdir.
Preparatın əsasını “iştaha hormonu” adlandırılan liraqlutid təşkil edir. Onun köməyi ilə orqanizmin guya doyması effekti yaranır. “The Telegraph” qəzeti yazır ki, preparat artıq bu il satışda olacaqdır.
İki ölçü arıqlamaq üçün pasiyent gündə bir dəfə bu preparatın iynəsini vurdurmalıdır. Eksperimentin nəticələri göstərmişdir ki, hər gün səhər yeməyinədək liraqlutid iynəsi vurulmuş qadınlar il ərzində 8,6 kiloqram arıqlamışlar. Bu hormon nəinki doyma hissi yaradır, həmçinin şəkərin artma riskini azaldır, qan təzyiqini aşağı salır və hətta Altsgeymer xəstəliyinin inkişafının qarşısını alır.
Liraqlutid istehsalı ilə “Novo Nordisk” şirkəti məşğul olur. O, şəkər xəstəliyinin müalicəsi vasitəsi kimi istifadə edilir. Görünür, tezliklə ondan arıqlama vasitəsi kimi də daha geniş istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]