ALİNA KABAYEVA BAKIDA YENİDƏN ÇIXIŞ EDƏCƏK
Yeniyetmələri Aleksandra Yermakova, Darya Kondakova, Natalya Piçujkina və Yekaterina Doniç, qrup komandasını isə olimpiya çempionları Olesya Belugina, Yelena Posevina, Natalya Zuyeva, Darya Şkurixina, Lina Qnirovskaya və Anna Qavrilenko təmsil edəcəklər.
Komandaya Rusiya yığmasının baş məşqçisi, Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Texniki Komitənin vitse-prezidenti İrina Viner başçılıq edəcəkdir.
Avqustun 20-də saat 12-də Bakı Olimpiya İdman Kompleksində yarışların açılış mərasimi keçiriləcək, saat 17-də isə Beynəlxalq Gimnastika Federasiyasının 125 illiyinə həsr edilmiş qala-konsert olacaqdır.
Mütəxəssislərin fikrincə, İrina Viner Bakı görüşündə Moskvada keçiriləcək Avropa çempionatında iştirak edəcək ikinci namizədi müəyyənləşdirəcəkdir. Həmin yarışa vəsiqənin birini Alina Kabayeva qazanmışdır. İkinci yerə Olqa Kapranova və bu ilin bütün mühüm beynəlxalq yarışlarında qələbə qazanmış Vera Sesina namizəddirlər.