Almaniya Aİ-də yeni islahatlar təklif edir
Bakı, 7 may, AZƏRTAC
Almaniya xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqında islahatlar üçün altı maddəlik plan təqdim edib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, nazir planında Aİ-nin, xüsusən də xarici siyasət və təhlükəsizlik sahələrində daha effektiv olması üçün genişmiqyaslı islahatların həyata keçirilməsini təklif edib.
Getdikcə daha çox Avropa İttifaqı ölkəsi qərar qəbul edilməsində veto hüququnun ləğvini dəstəkləyir. Belə ki, veto hüququ bir ölkəyə bütün ittifaqın qərarlarını bloklamağa imkan yaradır. Alman nazir də məhz ayrı-ayrı ölkələr tərəfindən uzunmüddətli bloklanmaların qarşısını almaq üçün xarici siyasət məsələlərində yekdillik prinsipinin ixtisaslı səs çoxluğu ilə əvəz edilməsinə çağırıb.
Yohann Vadefulun islahat təklifləri arasında yeni üzvlərin mərhələli şəkildə qəbul edilməsi yolu ilə Aİ-nin genişlənməsinin sürətləndirilməsi də var.
Almaniya kansleri Fridrix Merts xarici işlər nazirinin planını dəstəkləyərək bu təşəbbüsün lehinə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]