ALMANİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İNTENSİVLƏŞİR
Səfirin sözlərinə görə, noyabrın 23-dən 26-na qədər Almaniya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müşaviri, xüsusi səfir Norbert Baas Bakıda olacaqdır. Onun Azərbaycanın rəsmi şəxsləri ilə planlaşdırılan görüşlərində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək, o cümlədən Almaniya ilə Azərbaycan arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə hazılanan müqavilə çərçivəsində məsləhətləşmələr aparılacaqdır. Almaniyalı diplomat bildirmişdir ki, ehtiyatda olan zabit Ditrix Genşelin noyabrın 23-dən dekabrın 2-nə qədər davam edəcək səfəri də təhlükəsizlik məsələləri ilə bağlıdır.
Bundan əlavə, noyabrın 24-dən 28-dək Almaniya Federal İqtisadi İnkişaf Nazirliynin nümayəndəsinin rəhbərlik etdiyi heyət Azərbaycanda olacaq, gələn ilin yazında Almaniya-Azərbaycan hökumətlərarası danışıqların gündəliyini hazırlayacaqlar. Nümayəndə heyətinin tərkibinə Almaniya Xarici İşlər Nazirliyi, Mikrokredit Bankı və Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri daxildirlər. Onlar Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və digər rəsmi qurumlarının nümayəndələri ilə danışıqlar aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]