ALMANİYA AZƏRBAYCANIN ÜTT-YƏ ÜZV OLMASINA KÖMƏK GÖSTƏRİR
MİTMAM-ın təsisçisi və rəhbəri Rəşad Əliyev, Xarici İşlər Nazirliyinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) məsələləri üzrə birinci katibi Şövqi Mehdizadə, İqtisadi İnkişaf Nazirliyinin ÜTT ilə iş üzrə sektorunun müdiri Sənan Tapdıqov qonağın Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Azərbaycanda sanitariya və fitosanitariya sahəsində həyata keçirdiyi layihə ilə bağlı gəldiyini, bu layihədən ölkəmizin müxtəlif nazirlik və agentliklərinin, bir sıra dövlət strukturlarının bəhrələnəcəyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, ölkəmizin ÜTT-yə üzvlüyünü tezləşdirmək üçün qanunvericilikdə bır sıra dəyişikliklər edilməlidir və bu sahələrdən biri də kənd təsərrüfatında tətbiq edilən sanitar qaydaları ilə bağlıdır. Xarici ölkələrin bu sahədəki təcrübəsini öyrənib tətbiq etmək məqsədi ilə almaniyalı qonağın Azərbaycana dəvət olunduğu qeyd edilmişdir.
Rudiger Ost layihənin həyata keçirilməsinə təqribən 50 min avro ayrıldığını, respublikamızda cari ilin sonunda sanitariya və fitosanitariya üzrə sorğu mərkəzinin yaradılacağını, alman mütəxəssislərinin iştirakı ilə müvafiq təlimlərin də keçiriləcəyini söyləmişdir.
Sonda iştirakçıların suallarına cavab verilmişdir.