Almaniya Qazaxıstana investisiyalarda maraqlıdır
Berlin, 16 may, AZƏRTAC
Almaniyanın ötən il Qazaxıstana birbaşa investisiyalarının həcmi 712 milyon avro təşkil edib. 2022-ci illə müqayisədə bu rəqəm 64 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlət başçısı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafındakı müsbət tendensiyaları, eləcə də Almaniya şirkətlərinin Qazaxıstanda mövcudluğunu genişləndirməyə artan marağını xüsusi vurğulayıb.
Öz növbəsində, Şərq Komitəsinin sədri Katrina Klaas-Mühlhauser Almaniya iqtisadiyyatının məqsədlərinə çatmaqda mühüm tərəfdaş kimi Mərkəzi Asiya respublikasının əhəmiyyətli potensialını qeyd edib. Almaniya tədarük zəncirinin və istehsalın davamlılığını artırmaq üçün xarici ticarət əlaqələrini şaxələndirir.
Almaniya İqtisadiyyatının Şərq Komitəsi Şərqi Avropa və postsovet ölkələrinin bazarlarında fəaliyyət göstərən alman şirkətlərinin maraqlarını təmsil edir. Assosiasiyanın məqsədi Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın 29 ölkəsində alman biznesini təşviq etməkdir. Təşkilatın saytında qeyd edildiyi kimi, o, öz üzvlərinə layihələrin həyata keçirilməsində, əlaqələrin qurulmasında və müəyyən bir regionda bazara daxil olma ilə bağlı məsələlərin həllində köməklik göstərir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]