Almaniya və Britaniya mütəxəssisləri yuxusuzluğun fəsadlarını öyrənirlər
Bakı, 12 iyul (AZƏRTAC). Almaniyanın Bonn Universitetinin və Böyük Britaniyanın London Kral Kollecinin mütəxəssisləri yuxusuzluğun fəsadlarını öyrənirlər. Eksperiment doyunca yatmayan insanın baş beynində baş verən dəyişiklikləri göstərmişdir. Tədqiqatlarda 18-40 yaşlarında 24 adam iştirak etmişdir. Əvvəlcə könüllülər rahat rejimdə yatmışlar. Sonra bir gecəni yuxusuz keçirmişlər. Həmin gecə onlar yatmaqdan başqa istədikləri işlə məşğul ola bilərdilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sonra alimlər könüllüləri sorğu-sual etmiş, onları beynin ümumi vəziyyətini və ətraf mühitdən informasiyanı sürətlə qavramaq bacarığını qiymətləndirən xüsusi müayinədən keçirmişlər. Məlum olmuşdur ki, yuxusuz gecə şizofreniyaya bənzər vəziyyətə gətirib çıxarır. Könüllülərin əksəriyyəti işıqdan qorxduqlarından, iybilmə qabiliyyətinin zəifləməsindən, zaman hissinin itməsindən şikayətlənmişlər.
Qeyd edək ki, eksperimentdə iştirak edənlər yatıb yuxularını alandan sonra normal vəziyyətə qayıtmışlar, halbuki şizofreniyada bu əlamətlər daim müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]