ALMANİYADA MÜSƏLMAN MÜƏLLİMƏLƏR VƏ ŞAGİRDLƏR MƏKTƏBLƏRƏ BAŞ ÖRTÜYÜ İLƏ GƏLMƏYƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniyadan xəbər verir ki, Bavariya və Baden Vürttemberq federal əyalətlərinə məxsus məktəblərdə təhsil alan minlərlə müsəlman şagird və yüzlərlə müsəlman qadın müəllimlər bundan sonra sinif otaqlarına baş örtüyü ilə daxil olmayacaqlar. Bu barədə federal əyalətlərdəki Xristian Demokratlar Birliyinin və Azad Demokratlar Partiyası nümayəndələrindən ibarət hökumət qanun layihəsi hazırlamış və təhsil sisteminə tətbiq etmişlər. Xatırladaq ki, Almaniyada təhsil haqqında qanun federal əyalətlərin öz səlahiyyətlərinə daxildir.
Bavariyanın Xristian Demokratlar Birliyinə məxsus hökumətin başçısı Edmund Ştoyber müsəlman müəllimələrin və şagirdlərin baş örtüyünü islam təməlçiliyinin qalığı adlandıraraq, bunun Almaniyada dinlərarası dialoqa mənfi təsir göstərdiyini və dini dəyərlərin aşılanmasına zidd olduğunu bildirmişdir.
Bu barədə məlumat Bavariya televiziya kanalında da yayımlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]