ALMANİYANIN PAYTAXTINDA “BERLİNALE“ BEYNƏLXALQ FESTİVALI LAUREATLARININ ADLARI AÇIQLANIB
Almaniyanın paytaxtında “Berlinale” Beynəlxalq festivalı laureatlarının adları acıqlanıb. İTAR-TASS-dan AZƏRTAC-a daxil olan məlumata görə, baş mükafata - “Qızıl ayı”ya britaniyalı rejissor Maykl Vinterbottornun “Dünyanın harasındasa” adlı bədii filmi layiq görülüb.
Film iki əfqan qaçqının Əfqanıstan-Pakistan sərhədindəki düşərgədən Qərbə getmək cəhdləri və faciəli talelərindən bəhs edir.
Festivalın “Gümüş ayı” xüsusi mükafatı amerikalı rejissor Spayk Consun “Uyğunlaşma” filminə verilib. Ən yaxşı rejissor işi nominasiyasına görə fransalı Patrik Şeronun “Onun qardaşı” filmi də həmin mükafata layiq görülüb.
Çin rejissoru Li Yanq da yüksək bədii nailiyyət nominasiyasına görə “Gümüş ayı” mükafatının sahibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]