Almaniyanın Rostok Universitetinin dosenti tələbələrə onlayn mühazirə keçib
Bakı, 28 aprel, AZƏRTAC
Almaniyanın Rostok Universitetinin dosenti, Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, texnika elmləri namizədi Cavid Səfərov Energetika, elektrotexnika və avtomatika fakültəsinin tələbələrinə “Soyuducu maşınlarda gedən termodinamik proseslər” mövzusunda onlayn mühazirə keçib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, mühazirədə Almaniyada və müxtəlif ölkələrdə yüksək texnologiyalar əsasında istehsal edilən müasir soyuducu maşınlardan, həmçinin ərzaqların, tibbi və digər vasitələrin saxlanmasındakı yeniliklərdən bəhs edilib, tələbələrin sualları cavablandırılıb.
Tələbələrin marağına səbəb olan mühazirənin hər həftə təşkil edilməsi planlaşdırılıb.