ALTI AY ƏRZİNDƏ 344 ODLU SİLAH MÜSADİRƏ OLUNMUŞDUR
Bu ilin birinci yarısında Bakıda aparılan profilaktik tədbirlər və əməliyyat-axtarış tədbirləri nəticəsində 344 odlu silah aşkar edilərək götürülmüşdür. Bunun 32-si avtomat, 89-u tapança, 11-i qumbaraatan, 212-si ov tüfəngidir. 133 qumbara və 23 minə yaxın döyüş patronu isə yığılaraq Daxili İşlər Nazirliyinin təchizat idarəsinə təhvil verilmişdir. Odlu silahların yığılmasında Əzizbəyov, Nizami, Sabunçu, Yasamal rayon polis idarələrinin əməkdaşları daha yüksək fəallıq və təşəbbüskarlıq göstərmişlər.
Bakı Şəhər Baş Polis İdarəsindən müxbirimizə bildirmişlər ki, ümumiyyətlə, qanunsuz saxlanılan və gəzdirilən silah, sursat, partlayıcı maddələrin yığılması üzrə tədbirlərin gündəlik nəzarətdə saxlanılması odlu silah vasitəsilə törədilən cinayətlərin sayının azalmasına səbəb olmuşdur. Belə cinayətlər daha çox Xətai rayonunun ərazisində törədilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]