Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib

Bakı, 18 may, AZƏRTAC

AMEA İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Davamlı inkişafın milli prioritetləri və müasir transformasiya siyasətinin reallıqları” mövzusunda elmi konfrans keçirilib.

Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, konfransda AMEA İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən MDU-nun rektoru Şahin Bayramov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən sonra bölgədə yeni geosiyasi reallıqların yarandığını deyib. Ş.Bayramov postkonflikt dövrünün yeni imkanlar formalaşdırması ilə yanaşı, mühüm çağırışlar da doğurduğunu diqqətə çatdırıb.

Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor Azərbaycanın dayanıqlı, həmçinin innovativ inkişafı, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını vurğulayıb. Konfransda AMEA İqtisadiyyat İnstitutunun alimlərinin də iştirak etdiyini qeyd edən Ş.Bayramov proqrama daxil olan məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışıb. N.İmanov bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı MDU-nun təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib.

Dayanıqlı və davamlı inkişafın təmin olunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran N.İmanov konfransın mövzusunun aktuallığından söhbət açıb. Hazırda ölkə başçısının davamlı inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil etdiyini vurğulayan İnstitutun baş direktoru son dövrdə MDU-da belə mövzulara xüsusi önəm verilməsini təqdirəlayiq hesab edib.

Doğma Qarabağın dirçəlişindən və uzunmüddətli perspektivdə onun müqayisəli üstünlüklərinin artırılmasından bəhs edən N.İmanov bununla bağlı elmi cəhətdən əsaslandırılmış strateji baxışların ortaya çıxarılması məqsədilə rəhbərlik etdiyi İnstitutda aparılan elmi tədqiqatların vəziyyəti barədə məlumat verib.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün Azərbaycanın uğurlu davamlı inkişaf modelinin əsasında ümummilli lider, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevin uzaqgörən siyasəti və ideyalarının, onun titanik fəaliyyətinin nəticələrinin dayandığını qeyd edib.

Prezident İlham Əliyevin düşünülmüş, ardıcıl və sistemli siyasəti sayəsində ölkəmizin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu, möhtəşəm qələbələrə və nailiyyətlərə imza atdığını vurğulayan icra başçısı müasir dövrün çağırışlarının elmi əsaslarla təhlili və həllində elm ictimaiyyətinin, alimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Tarixi Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli, irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinin dövlətin qüdrətinin göstəricisi olduğunu bildirən İ.İsmayılov proqramda bununla bağlı mövzulara geniş yer ayrılmasını müsbət dəyərləndirib, konfrans iştirakçılarına və məruzəçilərə uğurlar arzulayıb.

Sonra, konfransda elmi məruzələr dinlənilib. AMEA İqtisadiyyat İnstitutundan Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Post-konflikt ərazilərin bərpası və yenidən qurulmasının maliyyələşməsində dövlət-özəl əməkdaşılığı”, Xidmət sektorunun iqtisadiyyatı şöbəsinin müdiri, professor Müşviq Atakişiyev “Dördüncü sənaye inqilabı kontekstində Azərbaycan sənayesinin inkişaf prioritetləri” və icraçı direktor vəzifəsini icra edən, dosent Allahyar Muradov “Azərbaycanın innovativ iqtisadi inkişafının mühit çərçivəsi: real vəziyyət və perspektivlər” mövzusunda çıxış ediblər. MDU əməkdaşlarından isə Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli “Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığında regional universitetlərin rolu”, İqtisadiyyat kafedrasının baş müəllimi Arif Tağıyev “İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni prioritetləri” və İqtisadiyyat kafedrasının müəllimi Vüqar Məmmədli “Milli Prioritetlərin reallaşdırılmasının maliyyə təminatının əsas mənbələri” mövzusunda məruzələrini diqqətə çatdırıblar.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfrans çərçivəsində AMEA-nın İqtisadiyyat İnstitutu və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elmi potensialın gücləndirilməsi məqsədilə tərəflər arasında müvafiq istiqamətlər üzrə birgə fəaliyyətlərin reallaşdırılmasını özündə ehtiva edir.

Konfransdan sonra iştirakçılar “Azərbaycan” İstilik Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası və Mingəçevir Sənaye Parkını ziyarət ediblər, burada təşkil olunan istehsal prosesi ilə yaxından tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp telefonda Ukrayna, İran və ikitərəfli münasibətləri müzakirə ediblər

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb